Təhlükəsizlik və yaşayış
Məişət zorakılığına məruz qalmış qadın və uşaqlar üçün təhlükəsiz sığınacaq; gündəlik qida, geyim, gigiyena vasitələri və yataq dəsti; istilik, işıq, su və digər məişət şəraiti.
Qadın və uşaqların təhlükəsizliyi, rifahı və sosial inteqrasiyası üçün etibarlı, insan-mərkəzli xidmətlər təqdim edirik.
Məişət zorakılığına məruz qalmış qadın və uşaqlar üçün təhlükəsiz sığınacaq; gündəlik qida, geyim, gigiyena vasitələri və yataq dəsti; istilik, işıq, su və digər məişət şəraiti.
Travma yaşamış qadın və uşaqlara psixoloji yardım; uşaqlarla fərdi və qrup terapiyası; qadınlara özünəinam və həyat bacarıqlarını bərpa etməyə yönəlmiş məşğələlər.
Hüquqi məsləhətlər; zorakılıq hallarında polis və məhkəmələrdə dəstək; hüquqların qorunması üçün zəruri sənədlərin hazırlanmasına kömək.
Qadınların iş tapması, peşə kursları və təhsilə yönləndirilməsi; uşaqların məktəbə davamlılığının təmin edilməsi; sosial yardım və müavinətlərdən yararlanmaqda köməklik.
İlk tibbi yardım; ehtiyac olduqda xəstəxana və poliklinikalara yönləndirmə; psixi və fiziki sağlamlığın bərpasına dəstək.
Qadınlar üçün həyat bacarıqları (peşə, maliyyə savadlılığı, hüquqi maarifləndirmə) üzrə təlimlər; uşaqlar üçün dərs, oyun və inkişaf proqramları; ictimai həyata adaptasiya məşğələləri.
Komandamız sizi dinləməyə və ehtiyaclarınıza uyğun həll təklif etməyə hazırdır.